BolgeXeber.Com » Xəbərlər » İlham Əliyev kənd təsərrüfatının inkişafı ilə bağlı sərəncam imzalayıb

İlham Əliyev kənd təsərrüfatının inkişafı ilə bağlı sərəncam imzalayıb

11-04-2017, 20:01
Oxunub: 1 857 İlham Əliyev kənd təsərrüfatının inkişafı ilə bağlı sərəncam imzalayıbAzərbaycan prezidenti İlham Əliyev kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Bolgexeber.com-un məlumatına görə, Maliyyə Sabitliyi Şurasına “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin “Maliyyəyə çıxışın asanlaşdırılması” sərlövhəli 3-cü strateji hədəfində nəzərə tutulmuş prioritetlərdə göstərilən aşağıdakı tədbirlərin əhatə edildiyi daha təfsilatlı və geniş tədbirlər planını, icraçılar və icra müddətləri göstərilməklə, bir ay müddətində hazırlayaraq təsdiq etmək və bu barədə Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.

Eyni zamanda Maliyyə Sabitliyi Şurasına kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı 3.1-ci prioritet üzrə kənd təsərrüfatının maliyyə resurslarına tələbatı üzrə hədəflərin müəyyənləşdirilməsi, kredit zəmanət fondunun yaradılması imkanlarına baxılması, kənd təsərrüfatında innovativ və girovsuz kreditlərin tətbiqi mexanizmlərinin hazırlanması, kreditlər üçün girov bazasının genişləndirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə savadlılığının artırılması, aqrar sektora təsir edən risklərin idarə olunması üzrə mexanizmlərin hazırlanması və kredit təşkilatlarının vəsaitlərinin kənd təsərrüfatı sektorunun kreditləşməsinə yönəldilməsinin stimullaşdırılması həvalə olunub.