BolgeXeber.Com » Xəbərlər » Uşaqların hansı peşələrə yiyələnəcəyini əvvəlcədən müəyyən etmək olar

Uşaqların hansı peşələrə yiyələnəcəyini əvvəlcədən müəyyən etmək olar

12-04-2017, 12:12
Oxunub: 1 822 Uşaqların hansı peşələrə yiyələnəcəyini əvvəlcədən müəyyən etmək olarBritaniyalı alimlər ailədə övladların doğulma ardıcıllığı əsasında onların hansı peşələrə yiyələnəcəyini müəyyən edib

Modern.az xarici KİV-ə isitnadən xəbər verir ki, ailənin ilk övladları daha çox elmi işlərə, ortancıl uşaqlar isə özlərini daha çox idarəetmə sahəsində tapır, son beşiklərin özəlliyi isə yaradıcı sahələrə maraq göstərirlər.
Bundan başqa, ailənin böyük uşağının rok-ulduzu yaxud kosmonavt olması ehtimalı da yüksəkdir. Bununla belə, daha çox elm və texnikaya meyl edirlər. Misal olaraq, Stiven Hokinq (nəzəriyyəçi-fizik) və Tim Berners-Linin (internetin yaradıcısı) adları çəkilir.

Ortancıl uşaqlar tez-tez baş direktor postuna yiyələnir. Onların idarəetmə sahəsində karyera qurmaları kiçik qardaş və bacılarına nisbətən daha çoxdur. Buna misal olaraq, Bill Geyts yaxud Mark Zukerberqin adını çəkmək olar. Belə uşaqlar uşaq yaşlarından özlərinə diqqət cəlb etmək üçün mübarizə aparır.

Ailənin kiçikləri üçün isə idealizm və romantika xarakterikdir. Buna görə də onları yaradıcı sahələr cəlb edir.