BolgeXeber.Com » Xəbərlər » Ziya Məmmədovun obyektlərinin borca görə işığı kəsildi - Faktlar

Ziya Məmmədovun obyektlərinin borca görə işığı kəsildi - Faktlar

17-04-2017, 12:39
Oxunub: 1 584 Ziya Məmmədovun obyektlərinin borca görə işığı kəsildi - FaktlarKeçmiş nəqliyyat naziri Ziya Məmmədovun obyektləri işıqsız qalıb

Bu haqda jurnalist Fuad Hüseynov feysbukda yazıb.

Onun sözlərinə görə, sabiq nazirin Ucarın Qazqumlaq kəndində yerləşən özünün, yaxınlarının vilalarının və obyektlərin istifadə etdiyi elektirik enerjisinə görə küllü miqdarda borcu yarandığından işıqları kəsilib. Həmçinin Göyçayda Heydər Əliyev Mərkəzinin borca görə elektirik xətti kəsilib.

Məlumata görə, eks-nazirin obyektlərinin 270 min manat işıq pulu borcu var. Vaxtı ilə ölkənin ən gəlirli sahələrinə nəzarət edən Məmmədovlar indi qürub dövrünü yaşayır.

Məmmədovlar ailəsinin biznes imperiyasında əsas yeri tutan şirkətlərdən biri kimi “Garant Holding” 17 şirkəti özündə birləşdirirdi.

Holdinqin direktorlar şurasının sədri Anar Məmmədovun özüdür. Şirkət 2005-ci ildən 2013-cu ilə qədər “ZQAN Holdinq” adi ilə fəaliyyət göstərib.

Holdinqin tərkibinə “Qarant Sığorta” və “Goranboy Gips” açıq səhmdar cəmiyyətləri, “Azbentonit”, “Royal İsteyt”, “Qarant Tour”, “English Yard”, “Quba Olimpiya Kompleksi”, “Avto-Media”, “Ucar Aqro”, “M.Trans”, “Ameritex”, “Transevrokom”, ” Zqan konstrakşn”, “Turbo.az”, “Qarant Sığorta Agenti”, “Quba Resort”, “AFK”, “Delfin” Məhdud Məsuliyyətli Cəmiyyətləri daxildir.

Ulus.Az-ın yaydığı məlumata görə, 2014-cü ildən bəri Z.Məmmədovun ailə biznesinə məxsus bir sıra şirkətlər ya bağlanıb, ya da əllərindən alınıb.

Həmin ilin sentyabrında keçmiş Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Qarant İnvest” MMC-nin broker fəaliyyətinin göstərilməsi üzrə xüsusi icazəsini-lisenziyasını ləğv edib.

Bu şirkət Z.Məmmədovun ailə biznesini idarə edən, əvvəllər “ZQAN Holding” olan, sonradan adını dəyişərək oğlu Anar Məmmədovun rəhbərliyi altında (şirkətlər qrupunun Direktorlar Şurasının sədri A.Məmmədovdur) “Qarant Holdinq”ə çevrilən konqlomeratın tərkibində 2011-ci ildə yaradılmışdı.

Holdinqə daxil olan "Qarant Sığorta"nın törəmə müəssisəsi kimi fəaliyyət göstərib. Elə həmin ilin noyabrında “Qarant İnvest” broker fəaliyyətinin göstərilməsinə dair 5 illik lisenziya alınmışdı. Komitə şirkətin lisenziyasını vaxtından əvvəl ləğv edib.

Amma bütün bunlar Z.Məmmədovun ailə biznesinin bərk sarsıldığını söyləməyə yetərli deyil. Çünki, piramidadan yalnılz bir neçə parça düşüb. Ailənin əsas biznesi xaricə “daşınıb”. Nazir oğlu hazırda Londonda yaşayır.