BolgeXeber.Com » Xəbərlər » Paytaxt mağazalarında azyaşlı uşaqlara siqaret satılır – VİDEO

Paytaxt mağazalarında azyaşlı uşaqlara siqaret satılır – VİDEO

29-04-2017, 19:36
Oxunub: 2 556 Paytaxt mağazalarında azyaşlı uşaqlara siqaret satılır – VİDEOQanunvericiliyə əsasən 18 yaşına çatmayan şəxslərə siqaret və spirtli içkinin satılması qadağan edilsə də, bəzi mağazalar buna əməl etmirlər

Bolgexeber.com-un məlumatına görə, Xəzər TV-nin keçirdiyi eksperimentə əsasən, bəzi mağazalar pul qazanmaq üçün yaşından asılı olmayaraq istənilən şəxsə siqaret satırlar.

Görüntülərdən aydın olur ki, istənilən az yaşlı mağazalardan rahatlıqla siqaret və spirtli içki ala bilir.

Hüquqşünas Xaliq Bəşər bildirir ki, həm Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar, həm də yerli qanunvericiliyə əsasən bu hal qadağandır. 18 yaşına çatmayan şəxsə siqaret və spirtli içki satan mağaza sahibi 100 manat cərimələnə, hətta həbs də edilə bilər.

Hüquqşünas qeyd edir ki, sözügedən cərimələrin artırılması gündəmdədir. Milli Məclisə təqdim edilən layihəyə əsasən pul cəriməsinin 100 manatdan 1000 manata, həbs müddətinin isə 15 gündən 1 aya qədər uzadılması təklif edilir.