Nazir 4 vəzifəli şəxsi işdən qovdu
3-05-2017, 15:53
Oxunub: 2 840
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin iş planına uyğun olaraq Nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən bir sıra Meşə Mühafizəsi və Bərpası Müəssisələrində meşələrin mühafizə vəziyyəti araşdırılıb
Bolgexeber.com-un ETSN-in saytına istinadən verdiyi məlumata görə, Masallı, Zaqatala, Oğuz, Şabran, Qəbələ və Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisələrində aparılan araşdırmalar zamanı sözügedən müəssisələrdə meşələrin qorunub mühafizə olunması sahəsində bir sıra nöqsanlara yol verildiyi müəyyən edilib.
Meşələrin qorunub mühafizə olunmasını qeyri-qənaətbəxş təşkil edərək əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiklərinə, işçilərin fəaliyyətinə nəzarəti lazımi səviyyədə həyata keçirmədiklərinə, xidməti ərazilərində ekoloji qanunvericiliyin tələblərinin pozulmasına yol verdiklərinə görə Zaqatala, Qəbələ, Masallı və Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin direktorları tutduqları vəzifədən azad olunub, Şabran və Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin direktorları barəsində isə ciddi intizam tənbehi tədbirləri görülüb.
Masallı, Zaqatala, Oğuz, Şabran, Qəbələ və Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin bir sıra meşəbəyiləri, meşəbəyi köməkçiləri və meşə gözətçiləri tutduqları vəzifədən azad edilib, digər cavabdeh meşə mühafizə işçiləri barəsində isə ciddi intizam tənbehi tədbirləri görülüb.
Hazırda meşə fonduna dəymiş ziyanın bərpa olunması və cavabdeh şəxslərin fəaliyyətinə hüquqi qiymət verilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Meşələrin İnkişafı Departamentinin iş planına uyğun olaraq yoxlamalar il ərzində mütəmadi olaraq davam etdiriləcək.
Çox Oxunanlar
- 22-02-2025, 16:53 : Xəsarət alanların sayı 165-ə çatdı
Xəbərlər / Ölkə
- 20-02-2025, 17:32 : İrəvan aktiv şəkildə silah alır- Nə baş verir?
Dünya / Xəbərlər
- 26-02-2025, 17:44 : Bərdə Rayon İcra Hakmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 33 illiyinə həsr edilmiş tədbir keçirilib
Bölgə / Xəbərlər
- 4-03-2025, 17:50 : Ombudsman Arutyunyan və Vardanyana başsağlığı verdi
Xəbərlər / Ölkə
- 21-02-2025, 20:02 : Şaxtalı hava nə vaxta kimi davam edəcək?
Xəbərlər / Ölkə
- 22-02-2025, 14:27 : Trampdan Qəzza planı ilə bağlı qalmaqallı AÇIQLAMA
Dünya
- 18-02-2025, 14:46 : Məşhur cütlüyü şantaj edən şəxs həbs edildi
Şou-Biznes / Xəbərlər
- 20-02-2025, 14:24 : ATV yayımı dayandırır
Şou-Biznes
- 19-02-2025, 17:52 : Azərbaycan Avraviziyada hansı mahnı ilə çıxış edəcək?
Şou-Biznes / Xəbərlər
- 26-02-2025, 12:43 : Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib
Bölgə / Xəbərlər