BolgeXeber.Com » Xəbərlər » Bezdirilmiş biznesmenə vəd verildi: Hər şey 1-2 aya düzələcək

Bezdirilmiş biznesmenə vəd verildi: Hər şey 1-2 aya düzələcək

5-05-2017, 15:44
Oxunub: 2 078 Bezdirilmiş biznesmenə vəd verildi: Hər şey 1-2 aya düzələcəkYarım milyon dollarlıq borcun altına girmiş iş adamına problemin yaxın vaxtlarda həll olunacağına söz veriblər

"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliiyinin (NRYTN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Elnur Abdullayev vəd elədi ki, 1-2 ay müddətinə hər şey yaxşı olacaq. İndi mən də, hələ ki, gözləyirəm. Ümid edirəm, vədlərinə, verdikləri sözə əməl edəcəklər".

Bu barədə Milli.Az-a uzun müddətdir məmur süründürməçiliyindən şikayətçi olan "Uğur-99" MMC-nin təsisçi və direktoru, Sumqayıt şəhər sakini, Qarabağ müharibəsi veteranı Həzi Həmzəyev deyib.

Onun sözlərinə görə, DANX-nin rəisi bildirib ki, yaxın vaxtlarda struktur dəyişikliyi ilə əlaqədar məsələlər tam həll olunacaq. Ondan sonra "Uğur" MMC-nin də problemi həllini tapacaq: "Elnur Abdullayev məni qəbul elədi. Onunla təxminən 40 dəqiqə söhbət elədik. Yenə də 10 ay əvvəlki həmin söhbətlər oldu. Mənə dedi ki, müsabiqə olacaq və müsabiqədə sizin üçün nəsə etmək olar. Sağ olsun, dedi ki, sənin maddi-texniki bazanın, maşınlarının yaxşı olduğundan xəbərim var.
Bezdirilmiş biznesmenə vəd verildi: Hər şey 1-2 aya düzələcək
Dedim ki, axı mənə 10 aydır eyni sözlər deyilir. Bildirdi ki, o, əvvəllər Nəqliyyat Naziriliyinin işi idi, indi nazirliklər birləşib və yaxın günlərdə təhvil-təslim prosesi bitəcək. Sonra müsabiqə olacaq, sizi də dəvət edəcəyik. Dedi ki, hazırda 509 nömrəli marşrutu işlədən şirkətin öz avtobuslarının olmamasından, kənar maşınlar işlətməsindən də xəbəri var. Qısası, ürəyimdən gələnlərin hamısını mənə dedi. İndi görək axırı nə olacaq..."
Bezdirilmiş biznesmenə vəd verildi: Hər şey 1-2 aya düzələcək
Qeyd edək ki, "Uğur" MMC-nin avtobusları 2015-ci ildən Sumqayıt şəhəri və Bakıdakı "Sədərək"-"Binə" ticarət mərkəzləri istiqamətində 505 saylı marşrut xətti üzrə işləyib. Ötən ilin iyununa kimi xətti bir neçə dəfə bağlasalar da, sonradan açılıb. Lakin 2016-cı ilin iyunun 21-dən xətt ləğv edilib. Son olaraq ötən ilin oktyabrında Nəqliyyat Nazirliyinin Apelyasiya Şurasının qərarı və nazir müavini Arif Əsgərovun imzaladığı həmin sənədə əsasən, şirkətə "AMAL-D" MMC-nin istismar etdiyi 509 saylı marşrut xətti üzrə bağlanmış sərnişindaşıma müqaviləsinin qüvvədə olma müddəti başa çatdıqdan sonra keçiriləcək müsabiqədə iştirakı məqsədəuyğun hesab edilib. Lakin üstündən 10 ay vaxt keçməsinə baxmayaraq, nə əvvəlki 505 saylı xətt şirkətə qaytarılıb, nə də 509 saylı xətt üzrə müsabiqəyə çağırılıblar.

H.Həmzəyev bildirib ki, o, avtobusların alınması üçün 2015-ci ildə yarım milyon dollarlıq borca girib. Avtobuslar isə istifadə olunmadığından çürüyür. Devalvasiyadan sonra dollar bahalaşdığından indi borcu ikiqat ödəməlidir ki, onu edə bilmir.