Vəkil Kamran Həsənli ilə bağlı nazirə müraciət etdi
12-05-2017, 14:19
Oxunub: 3 001
Müğənni Samir Piriyevin vəkili Ceyhun Yusifov müvəkkilinin televiziya verilişi aparıcısı Kamran Həsənlidən verdiyi şikayətlə bağlı açılan cinayət işi üzrə istintaq hərəkətlərinin ləng aparılması haqda daxili işlər naziri Ramil Usubova müraciət edib
“Qafqazinfo”ya açıqlamasında C.Yusifov bildirib ki, K.Həsənlinin Türkiyədəki şirkətdə pay sahibi olub-olmamasına dair qonşu ölkəyə sorğu göndərilib: “Bir ildən çoxdur ki, müstəntiq Rüstəm Bayramov Türkiyəyə sorğu göndərmək adı ilə istintaqı dayandırıb. Bir ilə sorğuya cavab ala bilməyən müstəntiqin apardığı istintaqın keyfiyyəti necə olacaq? Konkret olaraq Kamran Həsənli və bacısı Gülər himayə olunur. Əslində, həmin soruğu lazım da deyil, sadəcə istintaqı uzatmaq üçün vasitə kimi istifadə edirlər. Kamran Həsənlinin və bacısının etirafları cinayəti sübut edir”.
Vəkil nazirə müraciət edərək bu işi öz nəzarətinə götürməyi xahiş edib.
K.Həsənli bildirib ki, pulları Türkiyədə fəaliyyət göstərən bir şirkətin səhmlərini S.Piriyevin adına almaq üçün qəbul edib.
Qeyd edək ki, S.Piriyev Nərimanov RPİ-yə müraciət edərək K.Həsənlinin ondan 85 min dollar alıb qaytarmadığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Bakı Şəhər Baş Polis İdarəsində istintaq davam etdirilir. K.Həsənli və bacısı G.Həsənlinin ölkədən çıxışına qadağa qoyulub.
Çox Oxunanlar
- 31-05-2025, 17:55 : Braziliyalı futbolçu yeni kluba keçir
İdman / Xəbərlər
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 28-05-2025, 20:14 : Tramp İlham Əliyevi təbrik etdi
Siyasət / Xəbərlər
- 30-05-2025, 16:45 : DİQQƏT- Bu cərimələr artırıldı
Sosial / Xəbərlər
- 31-05-2025, 11:51 : Məşhur müğənni qəzaya düşüb
Şou-Biznes / Xəbərlər
- 29-05-2025, 11:44 : Zeynəb Xanlarova adından dələduzluq edildi
Şou-Biznes / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər