BolgeXeber.Com » Xəbərlər » ƏMDK-nin Abşeron və Sumqayıt şöbələri vətəndaşlara necə xidmət göstərir?(VİDEO)

ƏMDK-nin Abşeron və Sumqayıt şöbələri vətəndaşlara necə xidmət göstərir?(VİDEO)

12-05-2017, 14:42
Oxunub: 4 666 ƏMDK-nin Abşeron və Sumqayıt şöbələri vətəndaşlara necə xidmət göstərir?(VİDEO)Yenidən start verdiyimiz rubrika çəriçivəsində çəkiliş qrupumuz Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Abşeron rayon və Sumqayıt şəhər şöbələrində olub

Bir neçə il əvvəl torpaq sahələrinin özəlləşdirilməsi, daşınmaz əmlakın qeydiyyatı proseslərinin başa çatması aylarla davam edirdi.
Lakin indi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin operativ fəaliyyəti nəticəsində həm sakinlər razı qalırlar, həm də daha az vaxt itkisi yaşanır.
Komitəyə müraciət edən vətəndaşlar bildirirlər ki, proseslər şəffaf formada aparılır, göstərilən xidmətdən tam razıdırlar.
"Hər şey o qədər sadə formaya salınıb ki, sənədləşmə proseslərində əziyyət çəkmirik"- deyə sakinlər qeyd ediblər.
Rubrikamızın növbəti reportajı ƏMDK-nin Şirvan şəhər və Beyləqan rayon şöbələri haqqında olacaq.
Bolgexeber.com