Bakıda məşhur biznesmenin ailə işinə qarışan qadın tutuldu - Milyonluq qalmaqal
12-05-2017, 17:14
Oxunub: 3 205
Bakı polisi axtarışda olan qadını tutub
Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq, külli miqdarda zərər vurmaqla) ilə başlanan cinayət işi əsasında axtarışa verilən Gəncə şəhər Kəpəz rayon sakini, 1975-ci il təvəllüdlü İsmayılova Səkinə Sərdar qızı gecə saatlarında tutulub. O, Nərimanov rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə yerləşdirilib.
Bildirilir ki, S.İsmayılova tanınmış iş adamı Barat Abdullayevlə keçmiş həyat yoldaşı Təhminə Abdullayeva arasında boşanma ilə bağlı yaranmış narazılıqlarla bağlı tutulub. Belə ki həmin şəxslər arasında mülkiyyətin bölünməsinə görə qalmaqal yaranıb və həmin vaxt T.Abdullayeva tanışı S.İsmayılovanın köməkliyindən istifadə edib. İş adamına məxsus olan və dəyəri 250 min manat olan ev onun keçmiş həyat yoldaşı tərəfindən S.İsmayılovanın adına keçirilib.
Lakin daha sonra T.Abdullayeva polisə müraciət edərək həyat yoldaşının Səkinə İsmayılovanı ələ aldığını deyib və onun vasitəsi ilə dəyəri 2 milyon manata yaxın olan evini ələ keçirməyə çalışdığını iddia edib. O deyib ki, Barat Abdullayev boşanandan sonra əmlakı bölməmək üçün bir neçə plan hazırlayıb.
Qeyd edək ki, T.Abdullayeva bir müddət əvvəl Nərimanov polisi tərəfindən saxlanılıb. Onun keçmiş həyat yoldaşı Barat Abdullayev tanınmış iş adamıdır və Bakıda otel-restoranlar var.
///lent.az
Çox Oxunanlar
- 31-05-2025, 17:55 : Braziliyalı futbolçu yeni kluba keçir
İdman / Xəbərlər
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 30-05-2025, 16:45 : DİQQƏT- Bu cərimələr artırıldı
Sosial / Xəbərlər
- 28-05-2025, 20:14 : Tramp İlham Əliyevi təbrik etdi
Siyasət / Xəbərlər
- 31-05-2025, 11:51 : Məşhur müğənni qəzaya düşüb
Şou-Biznes / Xəbərlər
- 29-05-2025, 11:44 : Zeynəb Xanlarova adından dələduzluq edildi
Şou-Biznes / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər