BolgeXeber.Com » Xəbərlər » “Tələbələrin fikirləri nəzərə alınacaq” - Nazir müavini

“Tələbələrin fikirləri nəzərə alınacaq” - Nazir müavini

30-05-2017, 16:11
Oxunub: 2 047 “Tələbələrin fikirləri nəzərə alınacaq” - Nazir müaviniTəhsil Nazirliyi və universitet rəsmilərinin Azərbaycan Dillər Universitetində (ADU) etiraz edən tələbələrlə görüşü keçirilib

Çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov etiraz edən tələbələrin fikir və narahatlıqlarını dinləyib.

Nazir müavini bildirib ki, universitetin elmi şurasının iclası baş tutacaq və tələbələrin fikirləri nəzərə alınacaq: "Bir məqamı nəzərə almalıyıq ki, Təhsil Nazirliyi və ali təhsil müəssisəsinin əsas amalı ondan ibarətdir ki, tələbə maksimum dərəcədə hazırlıqlı olsun, gələcəkdə rəqabətli mühitə daxil olmaq bacarığına malik olsun. Sizin fikirləri qəbul edir, eşidirik”.

C. Bayramov qeyd edib ki, nazirlik öz tövsiyyələrini Universitetin Elmi Şurasına təqdim edəcək:"Elmi Şuranın iclası olacaq. Bütün məsələlər götür-qoy ediləcək. Hər kəsin fikirləri nəzərə alınıb, obyektiv qərar olacaq. Narahatçılığa səbəb yoxdur. Hesab edirik ki, bütün səslənən fikirlər nəzərə alınmaqla, sabah yekdil qərar qəbul ediləcək”./azvision.az