Binəqədidə bina tikənlərin ədavətinin cəzasını sakinlər çəkirlər – VİDEO
30-05-2017, 17:03
Oxunub: 1 980
İki şərikin arasındakı mübahisənin cəzasını bina sakinləri çəkir
Bolgexeber.com Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtda Binəqədi rayonu, 6-cı mikrorayon, Həmzə Babaşov 5 ünvanının sakinləri illərdir mənzil alsalar da, orada rahat yaşaya bilmirlər.
Aralarında ədavət olan şəriklər tikdikləri binaya laqeyd yanaşırlar. Binanın problemlərinin həll olunmasını biri digərinin üstünə atır.
Sakinlər deyirlər ki, 2014-cü ildə təhvil veriləcəyi bildirilən binada kommunal xidmətlər də daxil olmaqla, bir çox zəruri infrastruktur yarımçıq qalıb.
Hətta problemi qismən həll etmək üçün sakinlərin özləri sayğac üçün pul da yığıblar. Amma yenə də problemləri həll olmur ki, olmur.
Problemin təfərrüatlarını öyrənmək üçün sakinlərlə birlikdə şəriklərin olduqları ofisə yollandıq. Hər iki şərikin nümayəndəsi problemin şəriklər arasındakı anlaşılmazlıqdan qaynaqlandığını və məsələnin yaxın müddətdə həll olunacağına bildirdilər.
Binanı tikənlər problemin həlli ilə bağlı yenidən söz verdilər, bizə isə bu vədin yerinə yetirilib-yetirilməyəcəyini gözləmək qalır.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər