BolgeXeber.Com » Xəbərlər » Dünya Səhiyyə Təşkilatı: siqaret hər il 7 milyon insanın ölümünə səbəb olur

Dünya Səhiyyə Təşkilatı: siqaret hər il 7 milyon insanın ölümünə səbəb olur

31-05-2017, 09:24
Oxunub: 2 799 Dünya Səhiyyə Təşkilatı: siqaret hər il 7 milyon insanın ölümünə səbəb olurSiqaret və digər tütün məmulatı növləri dünyada hər il 7 milyon insanın ölümünə səbəb olur

Bolgexeber.com Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Dünya Səhiyyə Təşkilatının (DST) mayın 30-da dərc olunan məruzəsində əksini tapıb.

“Tütündən istifadə nəticəsində yaranan xəstəliklər insan sağlamlığına ən böyük təhlükələrdən biridir. Bu səbəbdən dünyada hər il 7 milyondan çox insan həyatını itirir”, - deyə DST-nin saytında yerləşdirilən məruzədə deyilir.

Təşkilat, həmçinin dünya ölkələrinin hökumətlərini tütündən istifadəyə nəzarət tədbirlərini sərtləşdirməyə çağırıb. DST-nin başçısı Marqaret Çanın sözlərinə görə, tütün kasıblığı artırır, iqtisadi effektivliyi azaldır və havanın çirklənməsinə səbəb olur.

Bundan başqa, Dünya Səhiyyə Təşkilatı tütündən istifadənin ətraf mühitə neqativ təsir göstərdiyini də qeyd edib. “İstifadə olunmuş tütün məmulatlarında ətraf mühiti məhv edən 7 mindən artıq zəhərli kimyəvi maddə var”, - deyə məruzədə vurğulanır.