BolgeXeber.Com » Xəbərlər » "Qurtuluş 93" sakinləri: "Yaradılan şəraitdən çox razıyıq" (VIDEO)

"Qurtuluş 93" sakinləri: "Yaradılan şəraitdən çox razıyıq" (VIDEO)

8-06-2017, 20:31
Oxunub: 3 835 "Qurtuluş 93" sakinləri: "Yaradılan şəraitdən çox razıyıq" (VIDEO)"Bağçalı Evlər" MTK 2006-cı ildə Hacı Məhərrəm Novruzov tərəfindən təsis edilib

Artıq 10.000-ə yaxın sakinin məskunlaşdığı "Qurtuluş 93" Yaşayış Kompleksində sakinlərin komfortu yaşayışı naminə yüksək səviyyəli işlər görülüb və görülməyə davam edir.
Qeyd etmək lazımdır ki, "Qurtuluş 93" yaşayış kompleksində nəinki həmyerlilərimiz, qonşu ölkələrin vətəndaşları da ev sahibidirlər.
Əlverişli relyefdə yerləşməsi və daim təmiz hava ilə əhatə olunmasını bu yaşayış kompleksinin üstünlüklərindən hesab etmək olar.
Burada 500 yerlik 2 mərtəbəli orta məktəb, uşaq bağçası, ailəvi istirahət güşəsi, Qurtuluş 93 parkı, supermarketlər, klinika, ailəvi restoranlar, türk hamamı, oxu zalı, hazırlıq kursları, ərzaq və müxtəlif növ mağazalar fəaliyyət göstərir.
Yüksək səviyyədə maddi-texniki təchizatı olan 3 nömrəli məktəb 2009-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmişdir.
Məktəbdə fizika, kimya, biologiya laboratoriyaları, kompüter otaqları, kitabxana, idman zalı və futbol meydançaları fəaliyyət göstərir.
Yeni layihələr arasında isə sentyabr ayında istifadəyə verilməsi planlaşdırılan 4 mərtəbəli məktəb var.
Kompleksin ərazisində tikilmiş "Əlincə Plaza" müxtəlif tədbirlərin və yığıncaqların keçirilməsi üçün əlverişli məkandır.
"Qurtuluş 93" Yaşayış Kompleksinin tərkibində fəaliyyət göstərən "Əlincə" idman klubunun ən çox diqqət göstərdiyi idman növü futboldur.
Qurtuluş Yaşayış Kompleksinin ərazisində yerləşən "Əlincə" Futbol Klubunun bazasında 5 kiçik yardımçı stadion, təbii örtüklü məşq meydançası, 5000 tamaşaçı tutumuna malik süni örtüklü stadion və 13000 tamaşaçı tutumuna malik olan təbii örtüklü stadion yerləşir.
"Bağçalı Evlər" MTK-nın direktoru Faiq Süleymanov kompleksin inkişafı yolunda daha yüksək səviyyəli layihələrin hazırlandığını qeyd edib.
"Qurtuluş 93" Yaşayış kompleksində yaşayan sakinlər təmin olunan şəraitdən razı olduqlarını bildirdilər.

Bolgexeber.com