BolgeXeber.Com » Xəbərlər » Diqqətli OLUN: Bu gün 40 dərəcə isti olacaq

Diqqətli OLUN: Bu gün 40 dərəcə isti olacaq

1-07-2017, 11:13
Oxunub: 2 895 Diqqətli OLUN: Bu gün 40 dərəcə isti olacaqBu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 21-24° isti, gündüz 29-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti olacaq.
Azərbaycanın rayonlarında isə sabah hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 19-24° isti, gündüz 35-40° isti, dağlarda gecə 13-18° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə isə, iyulun 1-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün müsbət amildir.