BolgeXeber.Com » Xəbərlər » Şadlıq evlərində insanlara verilən 2 dollarlıq kürülər: Saxta kürülər necə hazırlanır? – VİDEO

Şadlıq evlərində insanlara verilən 2 dollarlıq kürülər: Saxta kürülər necə hazırlanır? – VİDEO

9-07-2017, 11:41
Oxunub: 2 503 Şadlıq evlərində insanlara verilən 2 dollarlıq kürülər: Saxta kürülər necə hazırlanır? – VİDEOAzərbaycana hər il xaricdən tonlarla kürü əvəzedicisi gətirilir

“Yeniavaz.com” Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən il xaricdən 3 min 28,64 ton nərə balığı kürüsü və onun balığ kürüsü dənəciklərindən hazırlanan əvəzediciləri idxal olunub. Bu dövrdə idxal olunan nərə balıqlarının kürüsü isə cəmi 1 ton 110 kiloqram olub. Qeyd edək ki, kürü əvəzedicilərinin gömrük dəyəri 2,3 dollara, nərə balıqlarının kürüsünün gömrük dəyəri isə 206 dollara bərabər olub.
Ötən il Azərbaycanın xaricə satdığı kürünün miqdarı isə cəmi 30 kiloqram olub. Xaricə satdığımız kürünün 1 kiloqramının gömrük dəyəri isə 1700 dollardan baha olub. Rəqəmlərdən də göründüyü kimi xaricə satdığımız kürünün qiyməti xaricdən gətirilən kürü əvəzedicisinin qiymətindən təxminən 850 dəfə bahadır.
Onu da qeyd edək ki, Azərbaycan kvota səbəbindən son 4 ildir Xəzərdən nərə balığı ovlamır. Sonuncu dəfə 2012-ci ildə Xəzərdən 2,4 ton nərə balığı ovlanıb. Bu səbəbdən ölkədə nərə balığı kürüsünün istehsalı aşağı düşüb. Statistika Komitəsinin məlumatına görə, il ərzində cəmi 100 kiloqram nərə kürüsü istehsal edilib.
Məlumat üçün onu da bildirək ki, qiyməti 1700 dollara olan həqiqi kürülərdən və eyni zamanda da qiyməti 2-3 dollara olan kürü əvəzedicilərindən heç nə ilə fərqlənməyən süni kürülər də mövcuddur. Bu cür kürüləri adi ev şəraitində hər kəsin hazırlaması mümkündür. Sünü kürünün necə hazırlandığını əks etdirən Videonu təqdim edirik: