“Bismak”ın “Surpriz” pryanikindən"SÜRPRİZ": - “KİF ÇIXDI”
1-08-2017, 10:30
Oxunub: 3 296
“Bismak” markası adı altında satışda olan “Surpriz” pryanik məhsulunu alan vətəndaş əsl “sürpriz”lə qarşılaşıb
Bolgexeber.com bildirir ki, “unikal.org”un oxucularından birinin sayta verdiyi məlumata görə, dünən Bakıda Qaradağ rayon Lökbatan qəsəbəsində “Elmar” marketdən aldığı “Surpriz” pryaniki kifli çıxıb:
“Pryaniki marketdən alıb evə apardım. Bağlamanı açıb uşaqlara vermək istəyəndə gördüm ki, içi kiflənib. İstehsal tarixi aprel ayından-avqust ayının 15-dək göstərilsə də, təəssüf ki, məhsul keyfiyyətsizdir”.
Adını açıqlanmasını istəməyən vətəndaş sözügedən hadisənin ictimayiləşdirilməsinin məqsədəuyğun hesab etdiyini deyib: “Çünki eyni bu məhsullar digər marketlərdə də satılır. Çox vaxt bu pryanikləri uşaqlar yeyir. Ona görə də hər kəsi diqqətli olmağa çağırıram ki, gələcəkdə hər hansısa bir zəhərlənmə halı ilə üzləşməsinlər”.
Xatırladaq ki, “BisMak Qida Sənaye Kompleksi” MMC “Bismak” markası ilə istehsal etdiyi şirniyyat və un məmulatları yerli bazarın lideri sayır. Markanın məhsullarını istehsal edən “Bismak” zavodu 06.04.2004 – cü il tarixdə təsis edilib.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər