Avropada bu tozsoranların satışına qadağa qoyulacaq
18-08-2017, 10:47
Oxunub: 1 961
Sentyabrın 1-də Avropa İttifaqının (Aİ) üzvü olan ölkələrdə Aİ-nin gücü 900 vattdan, akustika gücü 80 desibeldən yuxarı olan tozsoranların satışını qadağan edən direktiv qüvvəyə minir
Bolgexeber.com AZƏRTAC-a istinadən bildirir ki, Avropa Komissiyasının fikrincə, elektrik enerjisinin istehlakını azaltmaq məqsədi daşıyan direktiv istehlakçıların qənaət etməsinə imkan verəcək. Ekspertlərin hesablamalarına görə, tozsoranların gücünün məhdudlaşdırılması 2020-ci il üçün Aİ-yə elektrik enerjisinə ildə saatda 20 teravattadək qənaət olunmasını təmin edəcək, istehlakçı isə gücü daha az olan qurğunun bütün istismar müddəti ərzində 55 avrodan çox qənaət edə biləcək.
Sentyabrın 1-dən Aİ ölkələrində pərakəndə satış subyektlərinə gücü 900 vattdan çox olan tozsoranların anbarlarda ehtiyatı bitənə qədər onları satmaq icazəsi veriləcək. Aİ-nin direktivi yuma funksiyalı, sənaye və robot tipli tozsoranlara şamil edilməyəcək.
Yeni tələblərə müvafiq olaraq, tozsoran istehsalçıları qablaşdırmada qurğuların nə qədər enerji istehlak etdiyini göstərməlidirlər. Yaşıl "A" hərfi enerji istehlakı səviyyəsinin aşağı, qırmızı "G" hərfi enerji istehlakı səviyyəsinin yüksək olduğunu bildirəcək.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər