DİN: Sumqayıtda polisə müqavimət göstərən silahlı şəxslər zərərsizləşdirilib
28-09-2017, 18:57
Oxunub: 1 949
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Sumqayıtda silahlı şəxslərin vətəndaşlara hücum etməsi və asayişi qoruyan polis əməkdaşlarına xəsarət yetirməsi barədə yayılan məlumatlara aydınlıq gətirib
Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, sosial şəbəkələrdə və bəzi xəbər saytlarında Sumqayıtda silahlı şəxsin vətəndaşlara hücum etməsi və asayişi qoruyan polis əməkdaşlarına xəsarət yetirməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil:
“Əslində dünən saat 18.00 radələrində Sumqayıt şəhəri 32-ci məhəllənin ərazisində şəhər sakinləri, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə, o cümlədən xuliqanlıq, qəsdən sağlamlığa zərərvurma, hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və digər maddələrlə dəfələrlə məhkum olunmuş Səbuhi Xəlilov və Nurlan Əbilov ictimai qaydanı kobud şəkildə pozaraq bir-birinə bıçaqla xəsarət yetiriblər. Həmin vaxt ərazidə xidmət aparan post patrul xidmətinin əməkdaşları onları nizam-intizama dəvət etmək və sakitləşdirmək istəyərkən həmin şəxslər polisə də silahlı müqavimət göstərməyə cəhd ediblər, lakin polis əməkdaşlarının çevikliyi və peşəkarlığı nəticəsində onlar zərərsizləşdirilərək polis bölməsinə aparılıb”.
O. Mansurzadə həmçinin qeyd edib ki, keçirilən ekspertiza nəticəsində saxlanılan hər iki şəxsin sərxoş olduğu müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılıb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər Prokurorluğuna göndərilib.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Sumqayıtda silahlı şəxsin vətəndaşlara və polis əməkdaşlarına hücum etməsini özündə əks etdirən video görüntülər yayılıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər