BolgeXeber.Com » Xəbərlər » Ötən gün cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb

6-04-2018, 09:56
Oxunub: 2 120 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıbAprel ayının 5-dən 6-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 101 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 32 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 43 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.