BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda gömrük genralı hədəf seçildi - Həqiqətlər təğyiri-libas olmaqdadır

Azərbaycanda gömrük genralı hədəf seçildi - Həqiqətlər təğyiri-libas olmaqdadır

26-04-2018, 10:11
Oxunub: 4 459 Azərbaycanda gömrük genralı hədəf seçildi - Həqiqətlər təğyiri-libas olmaqdadırVaxtilə Ulu Öndər Heydər Əliyev gömrük xidmətini müstəqilliyimizin əsas atributlarından biri kimi dəyərləndirmişdi.

Keçən məqaləmizdə də qeyd etmişdik: Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov barəsində qara piar kampaniyası davam etdirilir və bunun məqsəd yönlü şəxslərin sifarişi əsasında bəzi media qurumlarında dərc edilməkdədir. Sahibkarlara ölkə rəhbərinin verdiyi tövsiyələri ilə böyük dəstək olan dövlət və dövlətçilik sadiqliyi Vüsal Novruzova qarşı başladılan ləkələmə kanpaniyasına start verən şəxslər məqsədlərinə çata bilmədiklərinə görə artıq çox çirkin şər-böhtan məsələyə yön verməkdədirlər. Bəzi şəxslər pafos, “gəlim görüşək” çağırışının, şər-böhtanın xüsusi başlıqlar altında verilməsi heç də təsadüfi deyil, elə Onun haqqında yazılanlar da... Söhbət gömrük xidməti general-mayoru, Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovdan gedir. Əlqərəz, o baxır, kim Vüsal Novruzovu necə görmək istəyir.., ona! Bir də ki, Ona dövlətin gözü ilə baxıb qiymət vermək daha doğru olardı, yoxsa çayxana söhbətlərinin yekunu olaraq yazılmış dedi-qodu yazılarına görə? Hər halda dövlət, toplum istənilən fərddən üstündür, bütöv bir toplumun, xalqın, dövlətin mənafeyinə işləmək kimi şərəfli bir missiyanı yerinə yetirmək istənilən şəxsin subyektiv mülahizələrini darmadağın edir, detallar isə üstündür, müqayisəolunmazdır! Əslində O bir GENERALDIR, münbit biznes mühitinin formalaşmasında bilavasitə iştirak edən dövlət MƏMURDUR, dövlətin etibar etdiyi VƏTƏNDAŞDIR, biliyi, bacarığı, humanist addımları ilə ad qazanmış ŞƏXSDİR..!

Vaxtilə Ulu Öndər Heydər Əliyev gömrük xidmətini müstəqilliyimizin əsas atributlarından biri kimi dəyərləndirmişdi. Sahibkarlara kömək, onlara münbit şəraitin yaradılması bu gün dövlət başçımızın dövlət məmurları qarşısında qoyduğu əsas tələblərdəndir. Məhz general Vüsal Novruzov da dövlət məmuru kimi bunu hər kəsdən çox hiss edir və buna məcburdur. Odur ki, onun rəhbərlik etdiyi idarədə biznes-gömrük əməkdaşlığına xüsusi önəm verilir. İş adamları istənilən vaxt Bakı baş Gömrük İdarəsinə gəlib sözlərini deyə, istədiyi məlumatları ala, problemlərini qabarda bilirlər. Elə buna görə də idarədə vaxtaşırı olaraq iş adamları ilə görüşlər keçirilir, ölkədə baş verən iqtisadi proseslər, idxal-ixrac əməliyyatlarının vəziyyəti barədə həm sahibkarlar məlumatlandırılır, həm də onların fikirləri öyrənilir və təklifləri dəyərləndirilir.
Son günlər Azərbyacan media vasitələrində gömrük genralının ləkələnməsinə yönəlmiş məqalələr dərc edilməkdədir. Yazının hansı şəxslərin marağına əsaslanaraq yazıldığını deyə bilməsək də yəqin ki, haqqı cəmiyyətə çatırmaq istəyən media olaraq ictimaiyyətdə özümüzə yer müəyyən etmişik. Elə buna görə olacaq ki, iş adamlarını redaksiyamızala əlaqə saxlayaraq Gömrük genralı barəsində dərc edilmiş xoşa gəlməz məqalələrin tərkibində ləkələyici mövqe sərgiləndiyini bildirərək mövqe sərgilədilər. Kiçik və böyük sahibkarların gömrük xidmətindən istifadə edərkən Vüsal Novruzovun barəsində dərc edilmiş pafoslu yazılara qarşı sərt cavab münasibət bildirməyidə unutmadılar. Belə ki, DGK fəal genralını ləkələmək istəyən qüvələrə və bundan yararlanmaq məqsədi ilə həmin yazıları tirajlayan sayt və qəzetlərə iradlarını bildirməklə yanaşı DGK-nə gedərək doğruları araşdırmalarını və yazdıqlarına aid bir sənət ən azından təqdim edərək həqiqətləri ortaya qoymalarını istəyiblər. Bizneslə məşğul olan gənc və yaşlı nəslin nümayəndələrinin hər zaman problemi ilə öz problemi kimi maraqlanan gün ərzində iki dəfə vətəndaş qəbul edən yeganə gömrük vəzifəlisi barədə dərc edilən yazının heç bir əsasının olmaması onları münasibət bildirməyə vadar edib. Onlar qeyd edir ki, bu günlərdə tirajlanan guya “gömrük genaralının bahalı son model avtomobilləri arasında – Lanbargini, Fort, Bugatti, Ferrari, Porsche, Audi, Mersedess, Pogani və digər çeşidli maşınlar yer alır.” - deyə media qurumları qeyd edir. Amma bunu subut edə biləcək heç bir sənəd yoxdur. Əvəzində isə sadəcə şər-böhtan ataraq, genralın şərəf və ləyaqətinə olan sayğısı nəticəsində bu tipli yazıların çıxarılmasını tələb edəcəyi və buna görə maddi gəlir əldə ediləcəklərini düşündükləri açıq şəkildə başa düşülməkdədir.

Redaksiyamıza müraciət edən bir qrup sahibkar dərc edilmiş “Gömrük generalı Vüsal Novruzovun bahalı maşın kolleksiyası – Bugatti, Ferrari... – FOTOLAR” başlıqlı yazılardan çox narahat olduqlarını və bütün bunların maddi və vəzifə hərisliyinin nümunəsi olması kimi qiymətləndirdilər. Hansısa vəzifəli şəxsin maraqlarına xidmət etməyən, Ölkə rəhbəri İlham Əliyevin tapşırıq və tövsiyyələrini icra edən V.Novruzovun ləkələnməsi yönündə səylər göstərməkdədirlər. V.Novruzovun iddia etdikləri avtomobillərin GOOGLE saytından taparaq hər birini genralın olması iddia edənlər bunu sübutlarının olmamasına baxmayaraq yazının bir çox saytlarda dərc edilməsinə nail olmuş amma əsasız iddia olduğu üçün oxucu kütləsinin nifrətini qazanmışdırlar.

Redaksiyamıza müraciət edən sahibkarlar qara piara STOP deyə mediaya səsləndilər: Abıyev Cəlal Hamlet oğlu, Ələkbərov Cəmil Həsənağa oğlu, Ağayev Təbriz Əliyar oğlu, Zeynalov Qadir Allahqulu oğlu, Hüseynov Natiq Soltanağa oğlu, Ələsgərov Anar Məzahir oğlu.