BolgeXeber.Com » Xəbərlər » Üz kremi oğurlayan ispaniyalı məmur istefa verdi – VİDEO

Üz kremi oğurlayan ispaniyalı məmur istefa verdi – VİDEO

26-04-2018, 13:47
Oxunub: 1 884 Üz kremi oğurlayan ispaniyalı məmur istefa verdi – VİDEOİspaniyanın Madrid bölgəsinin hökumət başçısı Kristina Sifuentes dükandan oğurluq etməsi ilə bağlı qalmaqalın böyüməsindən sonra istefa verməyə məcbur olub.

Bolgexeber.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

İnternetdə yayılmış 2011-ci ilin videosunda super-marketin mühafizəçisinin onun çantasına baxış keçirdiyini və oğurladığı 40 avro məbləğində olan üz cavanlaşdırıcı kremi (iki ədəd) üzə çıxardığını görmək olur.

Bir həftə əvvəl isə onun magistratura diplomunda olan imzaların saxta olduğu haqqında xəbər ölkəsində böyük rezonans doğurmuşdu.

Qeyd edək ki, istefa verdiyini elan edən Sifuentes İspaniyanın hakim “Xalq partiyasının” üzvüdür.