BolgeXeber.Com » Xəbərlər » Tərtərin Qaraağacı kəndində səyyar-qəbul görüş keçirilib-FOTO

Tərtərin Qaraağacı kəndində səyyar-qəbul görüş keçirilib-FOTO

4-05-2018, 17:36
Oxunub: 1 940 Tərtərin Qaraağacı kəndində səyyar-qəbul görüş keçirilib-FOTOTərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Qaraağacı kəndində olub

Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Qaraağacı kənd tam orta məktəbinin direktoru Məzahir Quliyev kənddə görülən işlərdən, sosial problemlərin həllindən danışaraq göstərilən diqqət və qayğının əhali tərəfindən minnətdarlıqla qarşılandığını bildirərək, respublika prezidentinə təmas xəttində yaşayan insanlara yüksək səviyyədə qayğıyla yanaşıldığı üçün minnətdarlığını bildirib və məktəblərinin əsaslı təmiri ilə bağlı müraciət edib.
Qəbulda Qaraağacı kənd körpələr evi-uşaq bağçasının tərbiyəçisi Tofiqə Əhmədovanın, sakinlərdən Yadigar Cəfərovun, Cəsur Məmmədovun, Eldar Məmmədovun, Sabir Qədirovun, Mətləb Əhmədovun və Əlövsət Əliyevin müraciətləri dinlənilib.
Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
Bolgexeber.com
Tərtərin Qaraağacı kəndində səyyar-qəbul görüş keçirilib-FOTO
Tərtərin Qaraağacı kəndində səyyar-qəbul görüş keçirilib-FOTO
Tərtərin Qaraağacı kəndində səyyar-qəbul görüş keçirilib-FOTO
Tərtərin Qaraağacı kəndində səyyar-qəbul görüş keçirilib-FOTO