Bakıda kafedə baş verən partlayışda ölənlərin sayı artıb, cinayət işi başlanıb
22-05-2018, 11:49
Oxunub: 2 162
Bakıda kafedə baş verən partlayışda xəsarət alanlardan biri xəstəxanada ölüb
Bu barədə Respublika Yanıq Mərkəzindən bildirilib. Qeyd olunub ki, 1974-cü il təvəllüdlü Natiq Zahid oğlu İbrahimov ötən gecə aldığı ağır yanıq xəsarətlərindən dünyasını dəyişib. Hazırda hadisə zamanı xəsarət alan ikinci yaralı, 1965-ci il təvəllüdlü Şəkər Xosrov qızı İbrahimovanın müalicəsi davam etdirilir.
Binəqədi rayon Prokurorluğundan verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, ötən gün Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb.
Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 2 nəfərin - 1969-cu il təvəllüdlü İbrahimova Gülənaz Rəhim qızı və 1963-cü il təvəllüdlü Saatov Söhrab Yusif oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər