BolgeXeber.Com » Xəbərlər » Baş prokuror Şabran və Xaçmaz rayonlarının sakinlərini qəbul edəcək

Baş prokuror Şabran və Xaçmaz rayonlarının sakinlərini qəbul edəcək

17-07-2019, 18:52
Oxunub: 1 571 Baş prokuror Şabran və Xaçmaz rayonlarının sakinlərini qəbul edəcəkAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Zakir Qaralov iyulun 26-da saat 10:00-da Şabran Rayon Prokurorluğunun inzibati binasında Şabran və Xaçmaz rayonları sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a bildiriblər ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şabran rayonuna gəlmələri müvafiq rayon prokurorları tərəfindən təşkil ediləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.