BolgeXeber.Com » Xəbərlər » Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

19-07-2019, 14:27
Oxunub: 2 321 Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandıÖtən gün Sumqayıt şəhərində polis əməkdaşının meyitinin tapılması faktı ilə bağı cinayət işi başlanıb.

Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı, 1995-ci il təvəllüdlü Rəhman Hüseynlinin xidməti otağında meyiti tapılıb. Onun odlu silahdan açılan atəş nəticəsində öldüyü müəyyənləşib. Fakt üzrə Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.