BolgeXeber.Com » Xəbərlər » Misir Mərdanov da deputat olmaq istəyir - AÇIQLAMA

Misir Mərdanov da deputat olmaq istəyir - AÇIQLAMA

4-12-2019, 12:01
Oxunub: 1 440 Misir Mərdanov da deputat olmaq istəyir - AÇIQLAMAYaxın 2-3 ay ərzində Azərbaycanda növbədənkənar parlament seçkisi keçiriləcək

Ölkədə dəyişiklik, islahat ab-havası olduğundan artıq indidən xeyli adam seçkilərdə namizəd kimi iştirak etmək niyyətini elan edib.

Bu sırada hətta sabiq nazirlərin də adları çəkilir. Məsələn, sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitunun direktoru Misir Mərdanovun növbədənkənar seçkilərə qatılacağı bildirilir.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Misir Mərdanov deputat olmaq arzusunu gizlətməyib: “Bəli, inşallah mənsub olduğum Yeni Azərbaycan Partiyası (YAP) namizədliyimi irəli sürərsə, mən namizədliyimi verə bilərəm. Bu barədə danışmaq hələlik tezdir. Cənab Prezident Konstitusiya Məhkəməsinə növbədənkənar parlamentin keçirilməsi ilə bağlı sorğu göndərib. Konstitusiya Məhkəməsinin qərarından sonra bu məsələlərə baxılacaq”.

"YAP-dan namizədliyinizin veriləcəyini gözləyirsinizmı" sualına isə M.Mərdanov “İnşallah. Allah qoysa...” cavabını verib.