BolgeXeber.Com » Xəbərlər » Salyanda 2020-ci ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirilib

Salyanda 2020-ci ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirilib

25-02-2020, 14:22
Oxunub: 3 329
Salyanda 2020-ci ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirilib
Salyan rayon İcra hakimiyyətinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirilib

Hesabat yığıncağında Azəbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Əlibaba Əliyev, rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Hesabat yığıncağında rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Möhtərəm Prezidentimizin nitqindən irəli gələn vəzifələrlə əlaqədar Salyan rayonunun 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş iclası ilə bağlı ətraflı çıxış etmiş, hesabat ili ərzində istər respublika, istərsə də rayonda əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışıb.

Geniş hesabat məruzəsi ilə çıxış edən rayon rəhbəri ötən il rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan, rayonda aparılan tikinti-quruculuq və abadlıq işlərindən, həyata keçirilən infrastruktur layihələrindən və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

İdarə, müəssisə və təşkilat rəhbərlərinin məruzə ətrafında çıxışlarında təhsil, səhiyyə, mədəniyyət, həmçinin tikinti-quruculuq və abadlıq sahəsində görülən işlər ətraflı təhlil olunmuş, əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı, su təchizatı istiqamətində həyata keçirilən layihələr barədə danışılmış, habelə qarşıda duran həlli vacib məsələlər ətraflı müzakirə edilib.

Hesabat yığıncağında Azəbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Əlibaba Əliyev çıxış edərək, respublikamızda müxtəlif sahələrdə əldə olunan uğurlardan, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrdən danışıb.

Sonda hesabat yığıncağında müzakirə olunan məsələyə dair qərar və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.

QEYD: Son günlər Salayan Rayon İcra Hakimiyyəti (RİH) icra başçısı Sevindik Hətəmovu sosial şəbəkədə və sosial mediada hədəfə çevirənlər var.

Bolgexeber.com xəbər verir ki, Sevindik Hətəmov, Salyan icra hakimiyyətinə başçı təyin edildikdən sonra mühüm işlər görüb, yollar, su-kanalizasiya xəttləri çəkilməsi və deməkolar ki hər gün yerli sakinlər görüş təşkil edilərək sosial problemlərinin həllinə çalışır.

Və bunu həzm edə bilməyənlər var ki, qursaqları köp verir...

Xatırladaq ki, təcrübəli və işgüzar rəhbər Yardımlı rayonlarında işlədiyi vaxtlarda əhalinin içində olub, onların hər bir problemini öz dərdi hesab edən Sevindik Hətəmov, işlədiyi yerlərdə prezidentin yerlərdəki. əsgəri və sadiq məmuru olub. Bunu biz yox işlədiyi rayonlarda yaşayan ziyalılar, və gənclər deyir.

Həmçinin bu gündə Salyan rayonunda işgüzar missiyasını davam etdirir. Rayonun rəhbəri olaraq, insanların problemləri ilə maraqlanır, şəhid ailələrini ziyarət edir. İllərdir yığılıb qalan problemləriin həlli yolunda qəti addımlar atır. Bunu isə görməyənlərin gözü kor qulaqları isə kardır. Bir sözlə hər kəs kimi Sevindik Hətəmovda insandır, Azərbaycanımızın dəyərli parçasıdır. Həmdə dəfələrlə Prezident İlham Əliyevin etimad göstərdiyi şəxsdir.

AMMA və LAKİN bütün bunları görməyən adamlar var ki, vicdan nədi bimirlər. Öz mənafeləri üçün, hörmətli adamları gözdən salmaq üçün sosial mediadaşər və böhtan xarakterli yazılar trajlayırlar. Belə, yazı sahibləri isə özlərini mifləşdirən şər qüvvələr hesab edilir. VƏSSALAM!