Bakıda gənc kuryer “30 dəqiqəlik” kampaniyanın qurbanı oldu — FOTO
25-05-2020, 14:52
Oxunub: 7 132
Ötən gün Bakıda gənc oğlan yol qəzasında dünyasını dəyişib.
Bolgexeber.com xəbər verir ki, Atatürk prospektində qeydə alınıb.Belə ki, “Domino’s pizza”da kuryer işləyən Ülvi adlı gənc oğlan motosikleti ilə qəzaya düşüb. O, aldığı xəsarətdən vəfat edib.Gəncin yaxınlarının sözlərinə görə, o, restoranın qoyduğu tələblərə görə həyatını itirib. Belə ki, rəhbərliyin tapşırığına görə, hər sifarişi 30 dəqiqədən gec olmayaraq ünvana çatdırmaq lazımdır. Sifariş gecikdiyi zaman həmin kuryerin maaşından cərimə tutulur.
Dünyasını dəyişən gəncin ölümünə səbəb də, sifarişi tez çatdırmaq üçün motosikleti sürətlə sürməsi olub.
Baş verən qəzadan sonra sosial şəbəkələrdə “Domino’s pizza”nın kampaniyasına etirazlar başlayıb. Sosial şəbəkə istifadəçiləri “30 dəqiqəyə çatmasa ödəniş etməyin” kampaniyasına etiraz ediblər.Bildirilir ki, belə kampaniyalar olduqca qəzalar çoxalacaq.
Məsələ ilə bağlı “Domino’s pizza” rəhbərliyilə əlaqə saxladıq. Şirkətdən bildirdilər ki, yaxın saatlarda hadisə ilə bağlı rəsmi açıqlama veriləcək.(baku.ws)
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər