BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda dəhşətli qəza: Beş nəfər öldü, yaralılar var

Azərbaycanda dəhşətli qəza: Beş nəfər öldü, yaralılar var

26-05-2020, 10:44
Oxunub: 2 681 Qardağ rayonunda ağır yol qəzasında ölən 5 nəfərdən birinin şəxsiyyəti məlum olub. 

Bolgexeber.com "Report"a istinadən xəbər verir ki, rayonun Müşfiqabad qəsəbəsi ərazisində "Saipa" və "Opel" markalı avtomobillərin toqquşması ilə baş verən qəza zamanı 5 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə zamanı "Saipa"nın sürcüsü, 1956-cı il təvəllüdlü Manaf Nüsubət oğlu Yusubov və avtomobildə olan 4 nəfər sərnişin hadisə yerində ölüblər. 

Yaralılar:
1984-cü il təvəllüdlü Ramil Gülhəsən oğlu Əliyev
1991-ci il təvəllüdlü Azər Mürvət oğlu Musazadə 

Yaralılar Bakıdakı xəstəxanalardan birinə çatdırılıb. 
 
09.53

Bakı-Şamaxı avtomagistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Qaradağ rayonun Müşfiqabad qəsəbəsi ərasində qeydə alınıb.

Belə ki, "Saipa” və "Opel” markalı avtomobillər toqquşub. Nəticədə, beş nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, ölənlər "Saipa”nın sürücüsü və sərnişinləri olub.