BolgeXeber.Com » Xəbərlər » Mingəçevirdə sərt karantin rejimində fəaliyyət göstərən bərbərxana aşkar edildi - VİDEO

Mingəçevirdə sərt karantin rejimində fəaliyyət göstərən bərbərxana aşkar edildi - VİDEO

13-07-2020, 17:14
Oxunub: 1 920 Mingəçevir şəhərində sərtləşdirilmiş karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərən bərbərxana aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı şəhər ərazisində Bakir Hacıyevə məxsus kişi salonunun qanunsuz olaraq sərt karantin rejimində işlədiyi məlum olub. Obyektə baxış zamanı salonda bərbər və müştərilərin olduğu aşkar edilib.
Karantin rejimi qaydalarını pozduqları üçün həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokol tərtib edilib, onlar cərimələniblər.