BolgeXeber.Com » Xəbərlər » Qəbələdə karantin qaydalarını pozaraq fəaliyyət göstərən hazırlıq mərkəzi aşkarlanıb

Qəbələdə karantin qaydalarını pozaraq fəaliyyət göstərən hazırlıq mərkəzi aşkarlanıb

24-07-2020, 15:55
Oxunub: 1 713 Qəbələ Rayon İcra Hakimiyyəti və Polis Şöbəsi əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində şəhər ərazisində karantin qaydalarını pozaraq, gizli fəaliyyət göstərən özəl uşaq hazırlıq mərkəzi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, dərhal həmin mərkəzin fəaliyyəti dayandırılıb. Obyekti işlədənə, uşaqların valideynlərinə və müəllimlərə ölkədə elan edilmiş karantin rejiminin qaydaları və tələbləri izah olunub. Qaydaları pozduqları üçün həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Qəbələdə karantin qaydalarını pozaraq fəaliyyət göstərən hazırlıq mərkəzi aşkarlanıb