BolgeXeber.Com » Xəbərlər » Ceyranbatan 1 saylı məktəbdə Çinarə Atayevanın ŞƏBƏKƏSİ-havada qalan əmr, əzilən həqiqət
Ceyranbatan 1 saylı məktəbdə Çinarə Atayevanın ŞƏBƏKƏSİ-havada qalan əmr, əzilən həqiqət
22-08-2020, 10:57
Oxunub: 3 816
Cəmiyyətin inkişafı, sosial münasibətlərin dürüstlüyü, insanların rifahı təhsil sistemindən asılıdır desək, yanılmarıq. Təsadüfi deyil ki, bir çox dünya şöhrətli mütəfəkkirlər təhsilin insan amilinin və cəmiyyətin formalaşmasındakı rolu haqda zaman-zaman tarixin yaddaşına köçəsi qiymətli sözlər demişlər.
Bu gün ölkəmizdə təhsilin ürəkaçan olduğunu söyləmək zənnimizcə yanlış olardı. Son dövrlər aparılan islahatlara baxmayaraq, hələ də təhsilimizin başbəlası olan yarıtmaz kadr-müəllimlər yerində qalmaqdadır. Belələrindən biri və bəlkə də birincisi Abşeron rayon, Ceyranbatan qəsəbə 1 saylı məktəbin direktoru Çinarə Atayevadı.
Təxminən üç ildir böyük bir kollektivə rəhbərliyi həvalə olunan Atayeva nə direktora, nə də müəllimə yaraşan işlər görür. Onun üçün dərs bölgüsünü istədiyi kimi tərtib etmək, 1-ci sinfə qəbul zamanı valideynləri olmayan bığının altından keçirməyə məcbur etmək, yuxarı sinif şagirdlərinin nəyinsə müqabilində dərsə gəlməyərək repititor yanına getməsini təmin etmək adi haldı. Qəribəsi odu ki, kimsə etiraz etsə, Atayeva həmən cavabını verəcək: "mən imtahan və müsabiqə yolu ilə nazirlik tərəfindən təyin olunmuş adamam , heç kim mənə gözün üstə qaşın var deyə bilməz" söyləyərək özünü suda balıq kimi hiss edir. Kiçicik bir araşdırmadan sonra öyrəndik ki, sən demə xanım-direktor sadəcə müqavilə ilə hazırkı vəzifəsini icra edir və heç bir imtahan-müsabiqə labirintindən keçməyib. Hətta onu da öyrəndik ki, 1 saylı məktəbə Təhsil Nazirliyi tərəfindən Ruhiyyə Tağıyeva adlı birisi təyin olunub. Di gəl ki, Atayevanın öyrətdiyi müəllimlər və valideynlər tərəfindən "rədd olunan", məktəbin həndəvərinə gəlməsi belə yasaq olunan Tağıyeva hələ də "şahlıq quşunun başına qonmasını" gözləyir. Atayeva isə nəyin bahasına olur olsun, kreslosunu vermək istəmir- zarafat deyil, "nə yoğurub, nə yapıb, hazırca kökə tapıb". Bu yerdə məşhur "O olmasın, bu olsun" filmindəki "qızın iki adaxlısı var deyimi yada düşür istər-istəməz. Emin Əmrullayevin Təhsil naziri təyin olunması ictimaiyyət arasında heç şübhəsiz rəğbətlə qarşılandı.
Onun təhsil sahəsindəki bilimləri, yeni texnologiyaların tətbiqi ilə bağlı baxışları, ən əsası, sadə müəllimlərin real durumunu təhlil etmək qabiliyyəti şübhəsiz yarıtmaz, işini bilməyən, qəsəbə məktəbində kriminal şəbəkə yaratmış Atayevanın qolgücünə "idarəsi", təhsil ocağında daha nələrin olacağından xəbər verir.
İnanırıq ki, Çinarə xanımın bu qətiyyətli qanunsuzluqlarına və QOÇUluğuna qarşı ciddi tədbirlər görüləcək və qəsəbə məktəbində ikili mexaniziminin idarəçisi Atayevanın "qatı açılmamış" əməllərinin qarşısı alınacaq...
Ə.Rüstəmli
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər