BolgeXeber.Com » Xəbərlər » Baş Prokurorluğun əməkdaşı sualları cavablandırdı-VİDEO

Baş Prokurorluğun əməkdaşı sualları cavablandırdı-VİDEO

17-09-2020, 11:52
Oxunub: 5 716 Xəbər verildiyi kimi, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir.
Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva prokurorluq orqanlarının fəaliyyətilə bağlı “Baş Prokurorluğun yeni yaradılmış Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin fəaliyyət istiqaməti nədən ibarətdir?”, “Nəqliyyat vasitələrin üzərinə həbs hansı qaydada qoyulur?” suallarını cavablandırmışdır.
Təqdim olunmuş videonu izləməklə həmin sualların cavablarını öyrənə bilərsiniz.