Polis əməkdaşları Bakı-Ələt postunda karantin rejiminə ciddi nəzarət edir-FOTO
14-12-2020, 16:17
Oxunub: 1 032
Xəbər verildiyi kimi, koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə virus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarı ilə ölkəmizdə 14 dekabr 2020-ci il saat 00:00-dan 18 yanvar 2021-ci il saat 00:00-dək yenidən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.
Həmin tarixlərdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində vətəndaşlara (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti qoyulub.
Bu müddətdə digər zəruri tədbirlərlə yanaşı, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı və Sumqayıt şəhərinə və Abşeron rayonuna giriş-çıxış məhdudlaşdırılıb.
BÖLGƏ TV-nin əməkdaşları polis əməkdaşlarının karantin dövrü postlardakı fəaliyyəti ilə bağlı reportajlar hazırlamaqda davam edir.
Bu dəfə əməkdaşlarımız Bakı-Ələt yolunun 65-ci kilometrliyində yaradılan postda Baş Dövlət Yol Polisi İdarəsinin və Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının xidmət etdiyi ərazidə olublar.
BÖLGƏ TV bildirir ki, polis əməkdaşları buradakı stasionar postda gecə-gündüz xidmət aparırlar.
Baş Dövlət Yol Polisi İdarəsinin və Əlahiddə Çevik Polis Alayının əməkdaşları rayondan gələn və şəhərdən rayona gedən avtomobilləri və onların sərnişinlərini yoxlayırlar. Rejim qaydalarını pozan avtomobil sahibləri və sərnişinlər geri qaytarılırlar. Karantin rejimini pozan sürücü və sərnişinlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilirlər.
Polis əməkdaşlarıpostlarda profilaktik söhbətlər aparırlar, tövsiyyələr verirlər,tibbi maskalar olmayanlara tibbi maskalar verirlər və bu fəaliyyətlərini karantin dövrü qurtarandan sonra da davam edəcəklər.
Yol polisi əməkdaşları sürücülərin və sərnişinlərin nəzərinə çatdırır ki, hər bir şəxs tibbi maska taxmaqla özünün, yaxınlarının və digər şəxslərin yeni koronavirusa yoluxma riskini azaldır, eyni zamanda tezliklə pandemiyaya səbəb olan COVİD 19 virusunun ölkə ərazisində yayılmasının qarşısını almaqla ölkəmizin normal iş rejiminə qayıtmasına şərait yaradırlar.
Bundan başqa yol polis əməkdaşalrı nəqliyyat vasitələrindəki sərnişinlər arasında ara məsafəsinin qorunmasının vacibliyini sərnişinlərin nəzərinə çatdırırlar.
BÖLGƏ TV




Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər