BolgeXeber.Com » Xəbərlər » Hərbi cinayətlər və terrorçuluq edən 14 erməni barəsində həbs qərarı verildi (SİYAHI)
Hərbi cinayətlər və terrorçuluq edən 14 erməni barəsində həbs qərarı verildi (SİYAHI)
26-12-2020, 18:33
Oxunub: 1 802
Nəsimi Rayon Məhkəməsində Azərbaycanda müharibə cinayətləri və terrorçuluq əməlləri törətmiş ermənilər barədə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılıb.
Hakim Ramin Xəlilovun sədrlik etdiyi iclaslarda təqdimat təmin edilib və qiyabi qərar çıxarılıb.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 100-cü (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 114-cü (muzdluluq), 120-ci (qəsdən adam öldürmə), 186-cı (başqasının əmlakı məhv etmə), 218-ci (cinayətkar birlik (təşkilat) yaratma), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə başlanmış cinayət işi üzrə Qareqin Xalycyan, Ruslan Peklivanyan, Armen Martoyan, Sipan Mouradian, Ardas Oksuzyan və Qalust Trapizonyan, Tonayan David Samveloviç, Qaro Karapetyan, Eduar Saakyan, Viktor Aleksandrov, Aleksnadr Anaxasyan, Andrey Aksuzyan, Seyran Kocamanyan, Armen Martoyan təqsirləndirilirlər.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə