BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda daha 421 nəfər koronavirusa yoluxub - 33 nəfər vəfat edib

Azərbaycanda daha 421 nəfər koronavirusa yoluxub - 33 nəfər vəfat edib

2-01-2021, 17:39
Oxunub: 1 994 Azərbaycanda son sutkada koronavirus infeksiyasına 421 yeni yoluxma faktı qeydə alınıb, 3 645 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Son sutkada 33 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 219 462 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 191 925 nəfər müalicə olunaraq sağalıb, 2 703 nəfər vəfat edib. Hazırda 24 834 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 287, bu günə qədər isə ümumilikdə 2 204 226 test icra olunub.