BolgeXeber.Com » Xəbərlər » Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinat

11-01-2021, 10:30
Oxunub: 1 466 Polis polkovnik-leytenantı Ramiz Novruzov Səbail rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi vəzifəsindən azad olunub. 
Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə o, Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəis müavini təyin olunub.
 
Qeyd edək ki, Nizami RPİ-nin əvvəlki rəis müavini Nəvai Qasımov bir müddət əvvəl Kəpəz rayon Polis İdarəsinə rəis təyin olunub.