BolgeXeber.Com » Xəbərlər » Vilayət Eyvazov bu idarəyə yeni rəis təyin etdi

Vilayət Eyvazov bu idarəyə yeni rəis təyin etdi

2-02-2021, 09:46
Oxunub: 2 937 Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinə rəis təyin edilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Elçin Məmmədov Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinə rəis təyin edilib. 

Qeyd edək ki, DİN-in Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, polis polkovniki Rahib Qarayev bir müddət əvvəl xidmətdə olan son yaş həddi ilə əlaqədar işdən azad edilib.