BolgeXeber.Com » Xəbərlər » Əhəd Abıyevin icra başçısı olduğu rayonda əməliyyat: Saxlanılanlar var

Əhəd Abıyevin icra başçısı olduğu rayonda əməliyyat: Saxlanılanlar var

5-02-2021, 13:28
Oxunub: 1 649 Daşkəsən rayonunun Xoşbulaq kənd bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlu və ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyev saxlanılıb. 

Bolgexeber.com-un Unikal.org-a istinadən verdiyi məlumatına görə, hər iki şəxs korrupsiya və torpaq satışı ilə bağlı yol verdikləri qanunsuz əməllərə görə saxlanılıb.


Qeyd edək ki, R. Allahverdiyev 1999-cu ildən bələdiyyə sədridir. 

Şahbaz Mehdiyev isə ləğv olunan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri vəzifəsində işləyib.