Azərbaycanda bu dərmanın satışına qadağa qoyuldu
5-02-2021, 16:30
Oxunub: 2 178
Səhiyyə Nazirliyi "Hartil®-D” əmtəə nişanlı dərmanın Azərbaycana gətirilməsi və satışını qadağan edib.
Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, "EQIS Əczaçılıq Zavodu” Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Hartil®-D” ticari adlı ramipril/hydrochlorothiazide - 2.5 mg/12.5 mg tərkibli tabletlər №28 (2x14) blisterdə, karton qutu qablaşmada dərman vasitələrinin stabillik sınaqlarından əldə olunan nəticə spesifikasiya çərçivəsindən kənara çıxdığından həmin seriya ilə buraxılan dərman vasitəsinin geri çağırılması qərara alınıb.
Bu barədə topdansatış əczaçılıq müəssisələri və "EQIS Əczaçılıq Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi məlumatlandırılıb.
Eyni zamanda 0010319 seriya ilə buraxılmış son istifadə tarixi gələn ilin martınadək olan "Hartil®-D” ticari adlı ramipril/hydrochlorothiazide - 2.5 mg/12.5 mg tərkibli tabletlərin ölkəmizə idxalı və topdan və pərakəndə satışı qadağan edilib.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər