BolgeXeber.Com » Xəbərlər » Oğuzda qanunsuz ov edənlər saxlanılıb

Oğuzda qanunsuz ov edənlər saxlanılıb

6-02-2021, 14:41
Oxunub: 2 283 Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Tərkeş kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, araşdırma zamanı onların Qəbələ rayonu Nic qəsəbə sakinləri Dmitri Piralov və Ruslan Balari olduqları müəyyən olunub. Həmin şəxslərdən 2 ədəd “İJ-16” markalı ov tüfəngi və 35 ədəd istifadəyə yararlı patron aşkar olunaraq götürülüb.
Hər iki şəxs barəsində Polis Şöbəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndəriləcək.