BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda 2 general ehtiyata buraxıldı

Azərbaycanda 2 general ehtiyata buraxıldı

8-02-2021, 17:02
Oxunub: 1 803 Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər.

APA-nın məlumatına görə, bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Nazirlikdən bildirilib ki, hər iki general ehtiyata buraxılıb.