BolgeXeber.Com » Xəbərlər » Yazıçı-şair Əjdər Ol saxlanıldı

Yazıçı-şair Əjdər Ol saxlanıldı

9-02-2021, 09:30
Oxunub: 1 313 Yazıçı-şair Əjdər Ol (Əjdər Cəbiyev) saxlanılıb.
Bolgexeber.com xəbər verir ki, bu barədə "kulis.az"a Əjdər Olun qardaşı Şahəli Cəbiyev məlumat verib.
O bildirib ki, qardaşı ötən həftənin cümə günü saxlanılıb.
Xatırladaq ki, Əjdər Ol vaxtı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparat rəhbəri işləyib.
Ötən həftə S. Müslümov saxlanılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Əjdər Ol da Səlim Müslümovla uzun müddət birgə işləyib və onun yaxın adamlarından biri kimi tanınıb.