BolgeXeber.Com » Xəbərlər » Zaqatalada gecə saatlarında fəaliyyət göstərən çay evi aşkarlanıb

Zaqatalada gecə saatlarında fəaliyyət göstərən çay evi aşkarlanıb

19-02-2021, 17:49
Oxunub: 2 288 Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən çay evi aşkarlanıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan  Bolgexeber.com-a verilən məlumata görə,  şəhərin Vidadi küçəsində yerləşən “Şirin həyat” adlı çay evinin gecə saat 12-dən sonra fəaliyyət göstərdiyi müəyyən olunub. Obyekti icarə əsasında işlədən rayonun Aşağı Tala kənd sakini Orxan Ramazanov və orada olan 6 nəfər Polis Şöbəsinə gətirilib.
Onların hər biri qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediliblər.