BolgeXeber.Com » Xəbərlər » Davamlı sülh regionun inkişafını təmin edən əsas amildi

Davamlı sülh regionun inkişafını təmin edən əsas amildi

4-03-2021, 17:21
Oxunub: 1 025 Prezidenti cənab İlham Əliyevin Fevralın 26-da yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirməsi regionda davamlı sülh üçün yeni perspektivlər yaratdı. İkinci Vətən müharibəsində qazanılan zəfərin tarixi əhəmiyyəti də məhz regionda davamlı sülhün bərqərar edilməsindədir. Fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında Prezident İlham Əliyev qeyd edib ki, biz davamlı sülhə nail olmaq istəyirik. Bu düşmənçilik səhifəsini çevirmək üçün yeganə yoldur. Ölkəmizdə o cümlədə yerləşdiyimiz regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, qarşılıqlı əməkdaşlıq regionun inkişafını təmin edən əsas prioritet amil hesab edilir.
Qafqazın sülhə qovuşması və möhkəm təhlükəsizlik halqasına çevrilməsi bölgənin logistik və iqtisadi-ticari, enerji tərəfdaşlığı əhəmiyyətini dəfələrlə artıracaq, yeni resursları üzə çıxaracaq. Prezident cənab İlham Əliyevin müəllifi olduğu yeni təhlükəsizlik konfiqurasiyası bölgənin bütün dövlətləri üçün faydalı, səmərəli fürsətdir və inkişafları üçün real zəmindir.
Azərbaycan bugünkü inkişafı ilə, siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilir, öncül siyahılarda yer alır
Silahlı Qüvvələrimizin müzəffər qələbələri nəticəsində müəyyənləşmiş yeni status-kvo Azərbaycanı artıq Qafqazın yalnız iqtisadi gücü kimi deyil, həm də bütün istiqamətlər üzrə şəriksiz lideri statusunu birdəfəlik möhkəmləndirəcək. İndi Azərbaycan regionda mühüm iqtisadi-siyasi amilə çevrilərək, beynəlxalq miqyasda mühüm aparıcı iqtisadi-siyasi güc kimi qəbul ediləcək.
Bu gün Azərbaycan tolerant ölkə kimi yerini və rolunu möhkəmləndirməkdə, dünyada da bu mühitin qorunmasının vacibliyini bəyan etməkdədir. Cənab İlham Əliyevin bildirdiyi kimi, “bizim təşəbbüslərimiz mədəniyyətlər və sivilizasiyalar arasında körpü kimi ölkəmizin mövqelərinin gücləndirilməsi məqsədini daşıyır”.
İkinci Qarabağ müharibəsi regionun gələcək inkişafı üçün nadir imkanlar yaradıb. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan yeni reallıqlar yaradıb. Bu reallıqlarla həm Ermənistan, həm də digər dövlətlər barışmalı, hesablaşmalıdırlar.
Salyan rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Əlişir Əliyev