BolgeXeber.Com » Xəbərlər » "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"

"İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"

4-03-2021, 18:28
Oxunub: 6 600 Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün geniş miqyaslı mətbuat konfransı keçirdi.
Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi 4 saatdan çox davam edən mətbuat konfransında 35 media qurumunun 50- dək sualını cavablandırıb. Prezident İlham Əliyev jurnalislərin dörd dildə - Azərbaycan, Türk, ingilis və rus dillərində suallarını cavablandırıb. Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal mətbuat konfransında deyib ki, 25 ildir jurnalistika ilə məşğuldur, amma hər hansı prizdentin dörd dildə bu cür mətbuat konfransı keçirməsinin şahidi olmayıb. O, Prezidentin rekorda imza atdığını dilə gətirib. Bütün dünya bir daha Prezidentimizin savadlı və güclü siyasətçi olduğuna şahid oldu. Tarixə “Dəmir yumruq” əməliyyatı adı ilə düşən 44 günlük Vətən müharibəsi regionda yeni reallıqlar yaradıb. Ermənistan silahlı birləşmələrinin törətdikləri növbəti təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun ötən ilin sentyabrın 27-dən başladığı əks-hücum əməliyyatları qısa zaman ərzində gücümüzü nəinki düşmənə, bütün dünyaya göstərdi. Rəşadətli Azərbaycan Ordusu uzun illər düşmən tapdağı altında qalan torpaqlarımızı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində azad etdi. İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır. Azərbaycan güclü dövlətdir və bərpa-quruculuq işlərini uğurla həyata keçirəcək. İşğaldan azad olunmuş ərazilərdə xüsusi idarəetmə strukturunun yaradılması onu deməyə əsas verir ki, bərpa prosesi çevik və təxirə salınmadan həyata keçiriləcək. Yeni idarəetmə modelinin tətbiqinə ilk olaraq Şuşada başlanıldı və Prezident İlham Əliyev Şuşa şəhərinə xüsusi nümayəndə təyin etdi. Yüksək və müasir standartlarla həyata keçiriləcək bərpa-quruculuq işləri nəticəsində Şuşa həm regionun, həm də bütün dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcək. Dövlətimizin başçısının vurğuladığı kimi, biz Şuşanı dirçəldəcəyik. Bərpa işləri sistemli və planlı şəkildə aparılacaq. Şəhərlərin və kəndlərin inkişafının baş planlarının tərtib edilməsi prosesi artıq başlanıb. Vətəndaşların qayıtması üçün əsas mərhələlər bunlardır. Pilot layihələrin icrası da başlanıb. Bir layihə - “ağıllı kənd” layihəsi artıq icra olunur. 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaradılmalıdır. Öz doğma yurdlarından məcburi çıxarılmış vətəndaşlar layiqli yaşamağa və müasir dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirlər. Azərbaycan Respublikası Prezidentimiz Ilham Əliyevin güclü və uzaqgörən siyasəti nəticəsində regionun ən inkişaf etmiş dövlətinə çevriləcək.
Nübar Bayramova, Salyan Rayon Heydər Əliyev Mərkəzinin direktoru