BolgeXeber.Com » Xəbərlər » Yol polisi İsmayıllıda reyd keçirib - FOTO

Yol polisi İsmayıllıda reyd keçirib - FOTO

14-04-2021, 10:00
Oxunub: 1 304 İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki küçə və prospektlərdə dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı reyd keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, reyd zamanı dayanma-durma, parklanma qaydalarını pozan, 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülər yol polisi əməkdaşları tərəfindən müəyyən edilib. Həmin şəxslərlə maarifləndirici söhbətlər aparılıb və 15 sürücü barəsində inzibati protokol tərtib olunub.