BolgeXeber.Com » Xəbərlər » Məscidlərdə bayram namazlarına icazə verilə bilər - AÇIQLAMA

Məscidlərdə bayram namazlarına icazə verilə bilər - AÇIQLAMA

15-04-2021, 09:57
Oxunub: 1 032 Koronavirusa yoluxma sayı azalarsa, ola bilər ki, Operativ Qərargahın və TƏBİB-in göstərişinə əsasən, məsafə saxlamaq şərtilə məscidlərdə bayram namazlarının qılınmasına icazə verilsin.
Bolgexeber.com xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər” verilişinə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Surxay Məmmədli deyib.
O bildirib ki, bayram gününə bir neçə gün qalmış bu barədə qərarın verilib-verilməməsi bəli olacaq:
"Bayram namazına artıq sayılı günlər qalıb. Məscidlərdə bayram namazlarının qılınmasına üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın və TƏBİB-in xüsusi göstərişi olmalıdır. Hər bir inanclı şəxsin arzusudur ki, məsciddə ibadət etsin. Lakin pandemiya səbəbindən bu imkanlar olmadığı təqdirdə vətəndaşlar bayram namazını ev şəraitində qılacaq”.