BolgeXeber.Com » Xəbərlər » Nazir generala yeni köməkçi təyin etdi

Nazir generala yeni köməkçi təyin etdi

15-04-2021, 10:00
Oxunub: 912 Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Gəncə polisinin rəisi, general-mayor Teymur Hacıyevə köməkçi təyin edib. 

Nazirin əmri ilə polis polkovnik-leytenantı Füzuli Şıxıyev Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin rəisi vəzifəsindən azad edilib. 

Nazirin digər əmri ilə F.Şıxıyev Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyevin Şəxsi heyətlə iş üzrə köməkçisi təyin edilib.