BolgeXeber.Com » Xəbərlər » 5 aydan çox komada olan döyüşçümüz şəhid oldu

5 aydan çox komada olan döyüşçümüz şəhid oldu

16-04-2021, 10:00
Oxunub: 1 952 Azərbaycanın daha bir Vətən müharibəsi qazisi dünyasını dəyişib.
Bolgexeber.com xəbər verir ki, 6 aydır koma vəziyyətində olan Səbuhi Hüseynli bu gün şəhidlik zirvəsinə ucalıb.

Xaçmaz rayonunun Maqsudkənd kəndindən olan 23 yaşlı Səbuhi Hüseynli oktyabrın 20-də Xocavənd uğrunda gedən döyüşlər zamanı ağır yaralanmışdı.

Qazimiz oktyabrın 30-da beyin əməliyyatı olunsa da xeyri olmayıb.

Onun 1 övladı yadigar qalıb.

Allah rəhmət eləsin!